Dövlət Neft Fondunun investisiya siyasəti ilin əvvəlindən Azərbaycana 1,5 mlrd. dollar zərər yetirib
"Report"un analitik qrupu xəbər verir ki, 2015-ci ilin əvvəlinə Neft Fondunun məcmu aktivləri 37,148 mlrd. dollar təşkil edib. Bunun 54,1%-i dollar, 33,9%-i avro aktivləri, qalanı isə Britaniya funt sterlinqi, Avstraliya dolları, Türkiyə lirəsi, Rusiya rublu, Koreya vonu və qızıla investisiya yatırılıb. Digər valyuta və qızıl cəmi aktivlərin 12%-nə (4,46 mlrd. dollar) bərabərdir.
Qeyd edək ki, funt sterlinq ümumi aktivlərin 4,8%-i təşkil edir. Britaniya valyutasının bu il dollara qarşı 4,5% ucuzlaşdığını nəzərə alsaq, görərik ki, ARDNF-in bu valyutada sərmyələri 81 mln. dollar dəyərdən düşüb.
Türk lirəsi ümumi aktivlərin 1,2%-ni təşkil edir. Türkiyə lirəsi dollara nəzərən ilin əvvəlindən 15,6% zəiflədiyinə görə, Fondun müvafiq aktivləri də 58 mln. dollar ucuzlaşıb.
Bununla yanaşı, bu il 7% bahalaşan Rusiya rublunda olan ARDNF bu aktivlər üzrə 33,5 mln. dollar qazanc əldə edib.
Digər valyutalarda olan aktivlər üzrə isə ciddi dəyişiklik müşahidə olunmayıb.
Eyni zamanda, Fondun qızıl ehtiyatları ümumi rezervlərin 3,1%-nə bərabərdir ki, dünya bazarında bu məhsulun cari ildə 1% bahalaşması nəticəsində qızıl aktivləri üzrə 11 mln. dollar mənfəət əldə olunub.
"Report"un analitik qrupu vurğulayır ki, ABŞ valyutasının əksər xarici valyutalara qarşı mğhkəmlənməsi nəticəsində ARDNF-in məcmu aktivləri bu ilin əvvəlinə nisbətən 1,531 mlrd. dollar geriləyib.
Bununla yanaşı, ABŞ dollarında olan aktivlər milli valyutanın devalvasiyası səbəbindən manat ifadəsində bahalaşıb. Bu, ARDNF-in büdcəyə transferlərində vəsaitlərə əhəmiyyətli qənaət etməyə imkan verəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56