"Neft Daşları"nda hazırda 3500 nəfərə qədər insan çalışır ki, onların da 150 nəfərdən çoxu qadındır. Sahildən 42, paytaxt Bakıdan isə 120 km. uzaqlıqda yerləşən "Neft Daşları"nda işçilərin qalması üçün 7 yataqxana var ki, onların ikisi 9 mərtəbəli, beşi isə 5 mərtəbəlidir.
Ümumi sahəsi 68 880 kvadrat kilometr olan "Neft Daşların"ın 39 913 kvadrat kilometr hissəsini əhatə edən yaşaıyış sahəsində yataqxanalardan əlavə 2 yeməkxana, 1 ambulator xəstəxana, 1 muzey, 1 çay evi, 1 futbol meydançası, idman zalı və park var.
Bakının Pirallahı rayonunun inzibati ərazi vahidinə daxil olan bu möcüzələr adasında ilk neft 1949-cu il noyabrın 7-də 942 metr dərinlikdən çıxarılıb.




















