Almaz planet kəşf edilib. Sayrışan ulduzun ətrafındakı planet yüksək sıxlığa malikdir. Bu sıxlıq planetin tərkibindəki karbonu kristallaşdıraraq almaza çevirib.

ANS PRESS-in məlumatına görə, alimlər yeni planetin dünyadan 5 dəfə böyük olduğunu bildiriblər.

Yeni tapılan planet və ulduzunun dünyadan təribən 4 min işıq ili uzaqda olduğu bildirilir.

PSR J1719-1438 adlandırılan sayrışan ulduz Avstraliyadakı "Parkes 64" radio teleskop vasitəsilə müəyyən edilib.

Alimlərin sözlərinə görə, bir şəhər böyüklüyündəki ulduzlar öz oxu ətrafında çox sürətlə hərəkət edir. PSR J1719-1438 də öz oxu ətrafında bir dəqiqədə 10 min dəfə dönür.
Mənbə
ANS PRESS