Müqaviləsinin vaxtı başa çatdığı üçün ötən həftə "Beşiktaş"la yollarını ayıran təcrübəli qapıçı Etsin Destanoğlunun yeni ünvanı bəlli olub.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli KİV-in yazdığına 25 yaşlı futbolçu bundan sonra karyerasını Birləşmiş Ərəb Əmirliklərinində davam etdirəcək. Destanoğlunun ölkənin ən köklü komandalarından biri olan "Əl Cəzirə" ilə 3 illik müqavilə imzaladığı bildirilir.
Ulduz futbolçunun "Əl Cəzirə"dən alacağı maaş açıqlanmayıb.
Qeyd edək ki, türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hull City" klubu da Ersin Destanoğlunun xidmətində maraqlı idi.