Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı gənclərə 30 yaşdan sonra ailə qurmağı məsləhət görüb:
“19 yaşımda ailə qurmuşam. Mənim həyat yoldaşım özümdən 22 yaş böyük olub. Məni məcbur ərə verməyiblər. Biz bir-birimizi sevib ailə qurmuşduq. Amma indiki ağlım olsaydı, 30 yaşımda ərə gedərdim. Çünki istər kişi, istər qadın 30-dan sonra ailə qədrini bilirlər. Həmin yaş dövrünə qədər gənclər, sanki, göylərdə uçurlar. Hamısı elə bilir ki, evlənmək yuxa arasında halva kimi bir şeydir”.
Milli.Az