Müğənni Röya Ayxan vaxtilə “Space” kanalında Kamran Həsənlinin aparıcılığı ilə yayımlanan “Sizin saat” verilişinin tanınmasında böyük rolu olduğunu deyib.
Axşam.az-ın məlumatına görə, “Əsl şou” proqramında qonaq olan müğənni solo fəaliyyətinə həmin proqrama çıxdıqdan sonra başladığını bildirib:
“W-Trio” ilə olan bütün uşaqlığım bu kanalda keçib. Kamran Həsənlinin “Sizin saat” verilişinə çıxdıqdan sonra tanındım və publikadan pul qazanmağa başladım. Çünki hamı ona qədər deyirdi ki, ay kiməsə oxşayır, səsi yoxdur. Həmin veriliş mənim canlı oxuya bildiyimi sübut etdi. Ondan sonra addım-addım böyüdüm”.
Röya tamaşaçı sevgisini itirməkdən qorxduğunu etiraf edib:
“O qədər Allahdan razıyam ki... Ancaq hərdən problemlər yarananda narazılıq edirik. Geriyə baxanda şükür edirəm ki, Allah məni belə tamaşaçı sevgisi ilə yaşadır. Digər tərəfdən isə narazıyam ki, mənim hələ 32 yaşım var və bu məhəbbətin lap yuxarısındayam. Deyirəm, birdən əsəbi vaxtıma düşər, kiməsə nə isə deyərəm və tamaşaçı sevgisi azalar. Stress keçirib əziyyət çəkirəm. Deyirəm görəsən, nə edim ki, bu sevgi dəyişməsin, olduğu kimi qalsın”.
Röya yaradıcılığından da söz açıb:
“Bir mahnını aranjiman etdirmək mənə 15 minə başa gəlir. Çünki bunun üçün bəstəni başqa ölkəyə göndərirəm. Ancaq mahnı nə qədər gözəl alınsa da, ürəkaçan nəticə vermir. Çünki sən həmin ölkənin müğənnisi deyilsən və aranjimançılar səni hiss etmirlər. Bizim musiqi savadımız fərqlidir. Buna görə də, bizim yeni musiqiçilərə ehtiyacımız var. Mən Türkiyəyə, digər ölkələrə aranjimana mahnı yolladıqdan sonra başqaları da ora bəstə göndərməyə başladılar”.
“Görəsən, nə edim ki, bu sevgi dəyişməsin” - Röya
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Məşhur türkiyəli müğənni Azərbaycana gələcək
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10