Misir məhkəməsi devrilmiş prezident Məhəmməd Mursinin 20 il müddətində azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Milli.Az xəbər verir ki, bu barədə Assosiated Press məlumat yayıb.

Məhkəmə 2012-ci ilin dekabr ayında "Əl İttihadiyyə" prezident sarayının qarşısında nümayişçilərin güllələnməsi işinə baxıb.

Mursi ilə yanaşı, "Müsəlman qardaşları" təşkilatının 14 üzvü də dinc nümayişçilərə qarşı güc tətbiq etmək və öldürməkdə suçlanılıb.

Milli.Az