Melioratorlar qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün bundan sonra da səylə çalışacaqlar
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr və tapşırıqlar “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində (ASC) ətraflı müzakirə olunub.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadə Nazirlər Kabinetinin iclası və ötən dövrdə görülən işlər barədə geniş məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin apardığı düşünülmüş, uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan özünün dinamik inkişafını təmin edib. 2015-ci ilin birinci rübündə ümumi daxil məhsul 5 faizdən çox artıb. O cümlədən qeyri-neft sektorunda inkişaf 7 faiz, sənaye istehsalında 4 faiz, kənd təsərrüfatında 3 faizdən çox, əhalinin pul gəlirləri isə 5,3 faiz artıb. Bu da uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, sənaye komplekslərinin, texnoparkların yaradılması, kiçik və orta sahibkarlığın inkişafı, aparılan islahatlar, işlərin təkmilləşdirilməsi, Azərbaycanın iqtisadi modelinin unikallığı və seçdiyi yolun nə qədər düzgün olmasının göstəricisidir.
Bu ilin “Kənd təsərrüfatı ili” elan edilməsi və aqrar sahənin inkişafının prioritet istiqamətlərdən olması ilə əlaqədar qarşıda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsalın və məhsuldarlığın artırılması, bazarın yerli resurslar hesabına təmin edilməsi, xarici bazardan asılılığın azaldılması, iri fermer təsərrüfatlarının yaradılması və yaxın gələcəkdə ölkənin əsas ərzaq məhsulları ilə tam təmin edilməsi və s. kimi mühüm vəzifələr durur.
İclasda iqtisadiyyatın müxtəlif sahələrində əldə olunmuş nailiyyətlərlə yanaşı, bilavasitə ölkənin kənd təsərrüfatının inkişafı ilə bağlı meliorasiya layihələrinin uğurla həyata keçirildiyi və bu sahə üzrə tədbirlərin davam etdirilməsinə diqqətin bundan sonra da artırılacağı bildirilib. Eyni zamanda, iki nəhəng layihənin Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılmasına və yeni suvarılan torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə və torpaqların münbitliyinin qorunmasına şərait yaradıldığı, su anbarları ilə birlikdə su elektrik stansiyalarının və kanalların da tikildiyi xüsusi olaraq vurğulanıb.
Həmçinin gələcəkdə yeni əkin sahələrinin dövriyyəyə verilməsi və mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması üçün kanalların təmir-bərpasının, yenidən qurulmasının və tikintisinin önəmli olduğu, cari ilin sonuna qədər Xızı rayonunda üç min hektardan çox torpağa suvarma suyunun verilməsi üçün nəzərdə tutulan işlərin başa çatdırılması, iri fermer təsərrüfatlarının və taxılçılıqla məşğul olan təsərrüfatların fəaliyyətinin genişləndirilməsi, aqroparkların yaradılmasının davam etdirilməsi, ekoloji tədbirlərin aparılması ilə əlaqədar bölgələrdə insanların içməli su ilə probleminin həlli istiqamətlərində müvafiq təşkilatlar və Səhmdar Cəmiyyət tərəfindən müvafiq işlərin görülməsi və onların tamamlanması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Bildirilib ki, dövlətimizin başçısının meliorasiya və irriqasiya sahəsinə diqqət və qayğısının nəticəsi olaraq son illərdə bu sahəyə əsaslı kapital qoyuluşu bir neçə dəfə artıb. Nəticədə mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, sistem üzrə işçilərin əmək haqqı dəfələrlə artıb, sahənin maddi-texniki bazası gücləndirilib, çoxlu sayda maşın və mexanizm alınıb, onların məhsuldarlığı 2001-ci illə müqayisədə 2 dəfəyə yaxın artıb. 2565 kilometr suvarma kanallarının, 1719 kilometr kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi işləri həyata keçirilib. 171,4 min hektar suvarılan torpaqların su təminatı və 178,2 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb, 30 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 1194 subartezian quyusu qazılıb. Həmçinin sel və daşqınlara qarşı dağ çaylarında 195,3 kilometr sahilbərkitmə işləri, Kür-Araz çaylarında isə 876 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib.
Cari ilin birinci rübündə bütün mənbələrdən ayrılmış vəsaitlər hesabına nəzərdə tutulan əsaslı tikinti işləri müvəffəqiyyətlə aparılıb. Dünya Bankının krediti ilə həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Masallı, Yardımlı və İsmayıllı rayonlarında 15,42 kilometr su xəttləri və 18,30 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilib.
Eyni zamanda, Bankın krediti ilə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində 33640 paqonmetr uzunluğunda drenaj şəbəkələrində, 119934 paqonmetr uzunluğunda suvarma kanallarında qazma və lildən təmizləmə işləri aparılıb, 20050 paqonmetr mövcud kanallar betonla üzlənib, onların üzərində 17 ədəd hidrotexniki qurğu təmir olunub və 287 ədəd yeni qurğu tikilib.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində “Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi üzrə Xızı rayonunda 26083 paqonmetr uzunluğunda paylayıcı suvarma boru kəməri çəkilib, 12180 paqonmetr beton kanal tikilib və çiləyicinin quraşdırılmasına başlanılıb. Siyəzən rayonunda su təminatının yaxşılaşdırılması üçün 8650 paqonmetr paylayıcı suvarma boru kəməri çəkilib. Şabran rayonunda torpaqların su təminatının və yeni suvarılan sahələrin istifadəyə verilməsi üçün layihə sənədlərinin hazırlanması davam etdirilir.
Respublika büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri üzrə Ağdam rayonunun Ergi massivinin və Füzuli rayonunun Mollaməhərrəmli, Arayatılı və Babi kəndlərinin əkin sahələrinin su təminatı, Qazax rayonunun Şıxlı arxının yenidən qurulması və Ağdam rayonunda Atçılıq zavodunun ərazisində qrunt sularının aşağı salınması üzrə tikinti işləri davam etdirilib, Şəki rayonunun Şəkikənd, Cəyirli və Qozlubulaq kəndlərinin su təchizatı ilə əlaqədar 15983 paqonmetr uzunluğunda qapalı suvarma şəbəkəsi çəkilib və nəzərdə tutulan işlər başa çatdırılıb. Tovuz rayonunda Tovuzçay, Şəki rayonunda Cəyirli, Cəlilabad rayonunda İncəçay, Astara rayonunda Ləvain su anbarlarında yenidənqurma işləri davam etdirilib və eyni zamanda “Şəmkirçay çayı üzərində dəryaçanın tikintisi” kompleksi üzrə layihəyə daxil olan Sol sahil Şəmkirçay kanalının qalan 2204 paqonmetr hissəsinin çəkilişi onun üzərindəki qurğularla birlikdə başa çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 dekabr tarixli Sərəncamı ilə respublikanın 34 şəhər və rayonunun 241 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub. Hazırda quyuların yerləri seçilərək layihə sənədlərinin hazırlanması başa çatdırılıb və 30 quyuda qazma işləri tamamlanıb.
İri taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar “Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə tədbirlərin görülməsi” layihəsi üzrə 400 hektar yeni suvarılan sahənin istifadəyə verilməsi üçün 2324,8 paqonmetr uzunluğunda Padar magistral kanalının qurğularla birlikdə tikintisi davam etdirilib.
Respublikanın ən təhlükəli hesab olunan çaylarında sel və daşqınlara qarşı mühafizə bəndlərinin tikintisi işləri də həyata keçirilib. Ölkə ərazisindəki Tərtərçay, Daşağılçay, Kişçay, Durucaçay və Dəmiraparançay çaylarında 916 paqonmetr uzunluğunda dəmir-beton, daş-beton, beton sahilbərkitmə işləri yerinə yetirilib. Bundan əlavə, Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin yağış və sel sularından mühafizəsi tədbirləri üzrə torpaq bəndin möhkəmləndirilməsi işləri aparılıb.
Cari ildə Tovuzçay su anbarının, Xızı rayonunda 5399 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1712 hektar mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması, Yuxarı Mil kanalında Ağcabədi rayonu ərazisində 2100 hektar sahənin suvarma şəbəkəsinin layihəsinin hazırlanması və tikintisi, “Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi” layihəsi üzrə Kür çayı üzərindəki nasos stansiyasının xarici elektrik təchizatının tamamlanması, eyni zamanda, “Şəmkir aqroparkının əkin sahələrinə suvarma suyunun çatdırılması” layihəsi üzrə Şəmkirçay Sağ sahil kanalından aqroparkın 543 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi və digər mühüm əhəmiyyətli meliorasiya obyektlərinin tikintisi nəzərdə tutulub.
Məlumat verilib ki, hazırda respublikanın su anbarlarında 13,2 milyard kubmetr su yığılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 milyard kubmetr çoxdur. Anbara toplanılmış su kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının tələbata uyğun aparılmasına imkan verməklə yanaşı, su anbarlarında olan ehtiyat həcm sel və daşqın vaxtı anbarların doldurulması üçün şərait yaradacaq.
Suvarma mövsümünə hazırlıqla əlaqədar Səhmdar Cəmiyyətin yerli istismar idarələri tərəfindən 3315 hidrotexniki qurğu, 572 hidropost, 135 nasos, 137 elektrik və dizel mühərriki, 2750 subartezian nasosları təmir edilib, suvarma və kollektor-drenaj şəbəkələrində 28950 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılıb. Çay məcralarında təmizləmə işləri aparılıb, bəndlər quraşdırılıb, təmir işləri görülüb.
Cəmiyyətin Sədri dövlətimizin başçısının Nazirlər Kabinetinin iclasındakı nitqindən irəli gələn və ASC-nin qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün konkret tapşırıqlar verib.
Sonda bildirilib ki, melioratorlar qarşıya qoyulan vəzifələrin bundan sonra da uğurla yerinə yetirilməsi üçün səylə çalışacaq, bütün bacarıq və imkanlarından istifadə edəcəklər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10