Türkiyədə yaradıcılıq işlərini uğurla davam etdirən xalq artisti Aygün Kazımova orada albom işlərini tamamlamaq üzrədir.
Metbuat.az xəbər verir ki, bu dəfə türkiyənin məşhur ulduzlara ilə çalışan Murat Aziret öz tvitterdə və instaqramda Azərbaycanın xalq artisti Aygün Kazımovanın fotosunu paylaşaraq təəssüratlarını qeyd edib: “Bu gecə Azərbaycanın böyük sənətkarı və kraliçası Aygün Kazımovanın mahnısını yazdıq! Möcüzəli bir xanımdır! Qürür duydum... ”
Qeyd edək ki, Murat Aziret Türkiyənin məşhur simaları olan Ajda Pekkan, Tarkan, Ebru Gündəş, Sibel Can, Sertap Erener və digər uduzları ilə, Azərbaycanda isə Röya və Nigar Camal ilə çalışıb.




