Bakıda ticarət obyektlərinin reklam lövhələri sökülür. Milli.Az-ın məlumatına görə, artıq paytaxtın əksər yerlərində belə işlərə başlanıb. Söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən aparır.
BŞİH-dən məsələyə münasibət öyrənmək mümkün olmadı. Oxuculardan biri hazırda metronun "Nərimanov" stansiyası yaxınlığındakı ərazidə aparılan söküntü işlərinin fotoları Milli.Az-a göndərib.