Yevlax, 21 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlaxda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) növbəti ümumi yığıncağı keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, xatirəsi ehtiramla anılıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının nümayəndələrinin iştirak etdikləri yığıncaqda AŞBMA-nın və nəzarət təftiş komissiyasının hesabatları və bir sıra bələdiyyə sədrlərinin çıxışları dinləniləcək, Assosiasiyanın rəhbər orqanları seçiləcək.