Paytaxtımız Beynəlxalq Mstislav Rostropoviç festivalına yenidən ev sahibliyi edəcək
Bakı, 21 aprel, AZƏRTAC
Mayın 17-dən 24-dək Bakıda VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək.
AZƏRTAC Mstislav Rostropoviç Fondunun saytına istinadla xəbər verir ki, açılış mərasimi mayın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı ilə başlanacaq. Bədii rəhbər və baş dirijor Xalq Artisti Rauf Abdullayevdir. Tamaşaçılara alman bəstəkarı Karl Orfun “Karmina Burana” səhnə kantatası təqdim olunacaq.
Mayın 19-da filarmoniyada təqdim olunacaq “Təkcə caz deyil” adlı konsert proqramı çərçivəsində saksofonçu, Rusiyanın xalq artisti, İqor Butman və onun kvarteti, Arseni Çubaçin, “ARS Chamber orchestra” kollektivi çıxış edəcəklər.
Festival çərçivəsində mayın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi tərəfindən Rudjero Leonkovallonun “Payatsı” operası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru İvan Popovski, quruluşçu dirijoru Canluka Marçiano, dirijoru Aleksandr Solovyovdur.
Filarmoniyada mayın 22-də təqdim olunacaq “Rusiyanın parlayan ulduzları” adlı konsert proqramına beynəlxalq müsabiqə laureatları Robert Brem (skripka), Mixail Qayduk (truba), Timur Kolodyajnı (violonçel), Mixail Çumakovun (skripka), habelə Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi kollektivinın çıxışları daxildir.
Mayın 23-də musiqisevərlə Heydər Əliyev Sarayında İtaliyanın Luici Kerubini orkestrinin ifasını dinləyə biləcəklər. Orkestrin bədii rəhbəri və baş dirijoru Rikkardo Mutidir. Festivalın bağlanış mərasimi də bu orkestrin çıxış ilə mayın 24-də Heydər Əliyev Sarayında olacaq.
Tamaşaçılar festival boyu dünya musiqisi xəzinəsinin incilərini dinləməkdən zövq alacaqlar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51