Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələri ilə bağlı müzakirələri təxirə salıb.
Trend-in "Milliyet"ə istinadən verdiyi məlumata görə, bu, prezidentin iş proqramındakı sıxlıqla əlaqəlidir.
Prezidentin tarixçilərlə görüşü aprelin 21-də baş tutmalı idi.
Bundan əvvəl bildirilmişdi ki, R.T.Ərdoğan 1915-ci il hadisələrini tarixçilər və ictimai xadimlərlə müzakirə etmək niyyətindədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az