[ 21 Aprel 2015 10:13 ]



Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov Qaradağ rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

 

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinq zamanı saxlanılan şəxslərin vəziyyəti, onlara qarşı münasibətlə maraqlanıblar: “Monitorinq zamanı hər hansı qanun pozuntusu aşkar edilmədi. İşgəncə və qeyri-insani rəftarla bağlı bizə müraciət edən olmadı”.