İran-ABŞ arasında daha bir qalmaqal
ANS PRESS-in məlumatına görə, Ceyson Rezaiyanın vəkili Leyla Əhsəni "Washington Post" qəzetinə onun “hökumətə qarşı təbliğat” və “düşmən hökumətlərlə əlbir olmaq” ittihamları ilə də qarşılaşdığını bildirib.
Bundan əlavə jurnalist həmçinin “daxili və xarici siyasətlə bağlı informasiyanın toplanması” və bu məlumatların “bəd niyyətlə” paylaşmasında ittiham edilib.
“Washington Post” qəzetinin baş redaktoru Martin Baron öz bəyanatında gülünc adlandırdığı ittihamlar əsasında jurnalistin 10 ildən 20 ilə qədər həbs cəzası ala biləcəyini bildirib. Bəyanatda deyilir ki, İranın ədliyyə orqanlarının “Washington Post” qəzetinin Tehrandakı müxbirinin casusluq və ya İranın milli təhlükəsizliyinə hədə törədə biləcək fəaliyyətlərlə məşğul olduğunu iddia etməsi tamamilə əsassızdır. Martin Baron bildirib ki, Ceyson Rezaiyan və onun vəkili arasında 90 dəqiqə sürən ilk görüş tərcüməçinin iştirakı ilə bu gün keçirilib.
Qeyd edək ki, 39 yaşlı Rezaiyan və onun jurnalist həyat yoldaşı Yeganeh Salehi keçən il iyul ayında İran təhlükəsizlik qüvvələrinin onların Tehrandakı evində axtarış keçirdikdən sonra həbs edilmişdi. Yeganeh Salehi sonradan azad edilib, lakin həm İran, həm də ABŞ vətəndaşı olan Ceyson Rezaiyan o vaxtdan həbsdə saxlanıb.
Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf rəsmi Vaşinqtonun jurnalistin azad edilməsi çağırışlarını bir daha dilə gətirib. Ağ Ev jurnalistə qarşı ittihamların əsassız olduğunu deyərək, Rezaiyanın dərhal azad edilməli olduğunu bildirib. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51