ANS PRESS-in Nazirliyə istinadən verdiyi məlumata görə, dünyanın ən mötəbər kino tədbirindən olan bu festivalda artıq beşinci dəfə Azərbaycan pavilyonu qurulacaq. Milli filmlərimizin nümayiş olunacağı pavilyonda prodüserlər, rejissorlar, aktyorlar və digər xarici kino adamları ilə görüşlər keçiriləcək, birgə layihələr müzakirə olunacaq.
Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanlarını təbliğ edən və birinci Avropa Oyunları haqqında çap və video materiallar ziyarətçilərə təqdim olunacaq.

Mənbə
ANS PRESS