Azərbaycanda yeni mobil ödəniş sistemi istifadəyə verilib
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Portmanat SMS” adlanan xidmət istifadəçilərin əməliyyatlarını artıq SMS vasitəsi ilə də həyata keçirməyə imkan verir.
Portmanat hesabına daxil olmadan müvafiq əmrləri mobil telefon vasitəsilə 9889 qısa nömrəsinə göndərərək aşağıda qeyd olunan xidmətlərdən yararlanmaq olar.
Bu xidmətlər arasında hesab açmaq, balans artırmaq, balansı öyrənmək, ödəniş etmək, SMS xidmətləri barədə məlumat almaq və s. mövcuddur.
Qeyd edək ki, hazırda SMS xidməti yalnız “Azercell” abunəçiləri üçün mümkündür, lakin tezliklə “Bakcell” və “Nar” abunəçiləri də bu xidmətdən yararlana biləcəklər. İstifadəçilər sistem vasitəsi ilə “Portmanat.az” hesablarında qeydiyyatda olan mobil nömrələri ilə SMS göndərə bilərlər. Bu arada SMS üçün çıxılan məbləğ adi SMS dəyərindədir.
Portmanat gündəlik istifadə edilə biləcək elektron pul qabıdır. Hər bir kəsin internet və ya mobil telefon vasitəsilə gündəlik ödənişləri rahatlıqla həyata keçirməsinə imkan yaradır. Hər hansı operatora aid mobil nömrəsi olan hər bir şəxs sadəcə həmin nömrəsi ilə qeydiyyatdan keçib “Portmanat” elektron pulqabı hesabı yaratma imkanına sahibdir.
Hesab açmadan qeydiyyatsız ödəniş etmək istəyənlər elektron vauçer olaraq fəaliyyət göstərən “Portmanat” Kod (əvvəlki Netmoney) xidmətindən istifadə edə bilərlər. Daha ətraflı məlumatı “http://www.portmanat.az” saytından əldə etmək olar.
Aynur Vəliyeva
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56