"Artıq 2016-cı il dövlət büdcəsinin ilkin versiyasını hazırlayırıq. Hazırlanan versiyada neftin qiyməti 50 dollardan götürülüb. Bu, dövlət büdcəsinin gəlirlərinə birbaşa təsir etmir, təsir dolayıdır", - deyə S.Şərifov qeyd edib.
Nazir əlavə edib ki, dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycanın gəlirlərinə mənfi təsir göstərib: "Bəzi infrastruktur layihələrini daha yavaş həyata keçiririk, bəzilərini gələn ilə saxlayırıq. Bəzi infrastruktur layihələrini təxirə salmaq, bəzilərini bir deyil, iki il sonraya keçirmək olar. Bu layihələrə, məsələn, su təsərrüfatı və kanalizasiya layihələrini aid etmək olar".
Xatırladaq ki, Azərbaycanın 2015-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 90 dollar/barel səviyyəsində götürülüb.