Yunanıstan hökuməti aprelin 21-də Moskva ilə energetika sahəsində müqavilə imzalamağı planlaşdırır.

ANS PRESS-in məlumatına görə, yunan mənbələrindən bildirilib ki, saziş "Türk axını" qaz kəmərinin marşrutunun Yunanıstan ərazisinə qədər uzadılması ilə bağlıdır.

Almaniyanın "Spiegel" qəzeti yazıb ki, Moskva tikinti işlərinin başlamasına avans kimi Afinaya 3-5 milyard avro verməyi düşünür. Bu məbləğ ümumi həcminin yuxarı sərhədinə yaxın olacaq və Yunanıstan bir neçə ay ərzində bu vasaiti ala bilər.

Bundan əlavə, Yunanıstan hökuməti Pirey yunan limanından istifadə etmə hüququ və milli dəmir yolu şirkətinin kapital payı üçün Pekindən əvvəlcədən ödəniş kimi 10 milyard avro alacaq.
Mənbə
ANS PRESS