Siantan, 20 aprel, AZƏRTAC
Azərbaycanlı tələbələr Çinin Xunan əyalətinin Siantan şəhərində tələbələrin ənənəvi beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər.
Siantan Universitetində keçirilmiş festivalda azərbaycanlı tələbələr xüsusi stend hazırlayaraq, ölkəmizin zəngin mədəniyyətinə, tarixinə, turizm imkanlarına dair fotoşəkillər, kitab və jurnallar nümayiş etdiriblər.
Tələbələr milli rəqslərimizi ifa edib, stendi ziyarət edənlərə Azərbaycan şirniyyatları təklif olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin