[ 20 Aprel 2015 10:25 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. I Avropa Oyunları ilə əlaqədar yollarda aparılan təmir işləri davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, yol göstərici xətlərin və üfüqi nişanların rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Ziya Bünyadov prospektinin Böyükşor yol qovşağından 20 Yanvar dairəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır.