Aprelin 15-də yeni nəsil dördqapılı BMW 7-Series sedanın Koral-Qeybls şəhərində (Florida, ABŞ) qapalı tədbirdə təqdimatı keçirilib. Bu barədə məlumatı qapalı tədbirə dəvət broşürü əldə etmiş xarici dərgi bölüşüb. Bukletin üzərində yeni sedanın qabaq optikası təsvir edilib.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, tədbirə məhdud sayda qonaq dəvət edilib və onlara foto və video çəkiliş aparmağa icazə verilməyəcək. Bundan başqa KİV nümayəndələri tədbirdə iştirak etməyiblər.
 
Yeni nəsil BMW 7-Series rəsmi premyerası bu ilin sentyabrında Frankfurt avtosalonunda nəzərdə tutulub. Yayın sonlarında isə avtomobil məxvilikdən çıxarılacaq.
 
Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.