Volkswagen şirkəti “qaynar” Scirocco GTS 2015 modelini rəsmi anons edib. Bir sıra üslub dəyişiklikləri əldə etmiş 220 at güclü yığcam maşın Şanxay avtosalonunda debüt edəcək.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, 2015-ci model ilinin Volkswagen Scirocco GTS yenilənmiş versiyasının əsas yeniliyi alman brendinin hələ heç bir modelində quraşdırılmamış ikinci nəsil MIB II ən yeni məlumat-əyləncə sistemidir.