Azərbaycan ədiblərinin kitabları Urmiyanın sərgi salonunda
Urmiya, 19 aprel, AZƏRTAC
İran İslam Respublikasının Qərbi Azərbaycan Ostandarlığında yaşayan müxtəlif xalqların öz milli mədəniyyətlərini qoruyub saxlaması üçün dövlət tərəfindən geniş imkanlar yaradılıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ostandarlığın inzibati mərkəzi olan Urmiya şəhərində fəaliyyət göstərən “Hövzeyi Hünər” Mədəniyyət Mərkəzinin rəhbəri Əlirza Novruzi deyib.
Mərkəzin fəaliyyəti haqqında məlumat verən Ə. Novruzi bildirib ki, farsdilli oxucuları Azərbaycan ədəbiyyatının görkəmli simalarının əsərləri ilə tanış etmək üçün onların kitabları tərcümə edilir. Tərcümə edildikdən sonra mərkəzdə həmin kitabın təqdimat mərasimi keçirilir. Mərasimdə Urmiya ictimaiyyətinin nümayəndələri, universitetin ədəbiyyat fakültəsinin professor-müəllim və tələbə heyəti, yerli yazıçılar və ziyalılar iştirak edirlər. Bu tədbirlər xalqların mədəni əlaqələrinin inkişafına təkan verir.
Mərkəz tərəfindən görkəmli ədib Hüseyn Cavidin “Peyğəmbər”, “Topal Teymur” əsərləri, tanınmış şairə Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabı, aşıq Nabatəlinin qoşmaları da fars dilinə tərcümə edilib. Hazırda Naxçıvanın tanınmış şairi Asim Yadigarın şeirlər kitabı tərcümə olunur. Tərcümə başa çatdıqdan sonra kitabın təqdimatı keçiriləcək və sərgidə yer alacaq.
Tərcümə olunan bütün kitablar farsdilli şair və yazıçıların kitabları ilə yanaşı, mərkəzdə keçirilən sərgilərdə nümayiş etdirilir və ziyarətçilərin böyük marağına səbəb olur.
Hazırda nümayiş etdirilən sərgidə Hüseyn Cavidin kitabları ilə yanaşı, Azərbaycan aşıq sənətinin nümayəndələrinin Urmiyada verdikləri konsertdən çəkilmiş fotolar və digər materiallar da yer alıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Urmiya
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10