Amerika Birləşmiş Ştatlarında qaradərililərin qətliamı davam edir.

ANS PRESS-in məlumatına görə, polisin qaradərililərə qarşı zorakılığı ilə bağlı etirazlar fonunda, iğtişaşların baş verdiyi Missuri ştatının Sent Luis şəhərində polis əməkdaşları daha bir şəxsi qətlə yetirib.

"Associated Press" agentliyi rəsmi qurumlara istinadən bildirilir ki, bu dəfə öldürülən 23 yaşlı sakin də qaradərilidir. Onun ünvana çağırılmış polis əməkdaşlarına bıçaqla hücum etdiyi, nəticədə polis tərəfindən atəş açılaraq öldürüldüyü bildirilir. İnsident polis geyiminin üzərində olan kamera tərəfindən qeydə alınıb.

Bu hadisənin Missuri ştatında yeni iğtişaşlara səbəb olacağı ehtimal edilir.
Mənbə
ANS PRESS