Müəmmalı virusa yoluxan insan 24 saat ərzində dünyasını dəyişir
Dünyanı hələ də öz vahiməsini saxlayan "Ebola"dan da qorxulu virus peyda olub.

Anspress-in məlumatına görə, Nigeriyanın cənub-şərq hissəsində müəmmalı virus ortaya çıxıb.

Virus görmə qabiliyyətinin itirilməsinə, baş ağırısına və ürəkgetməyə səbəb olur.

Virus son 3 gündür ki, yayılıb və artıq 18 nəfərin həyatına son qoyub. Virusa yoluxan insan 24 saat ərzində dünyasını dəyişir.

Ondo ştatının həkimləri bildiriblər ki, virus mərkəzi sinir sistemini iflic edir. Yoxlamalar bunun "Ebola" virusu olmadığını göstərib.

Milli.Az