“Ermənistanın ixracatının azalması ölkədə kiçik və orta sahibkarlığı müflis vəziyyətinə gətirib”.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb.
Qəzetin məlumatına görə, rublun dəyərinin ölməsi də bu prosesə təsir edib:
“Ermənistanda daha çox çaxır və konyak istehsalı ilə məşğul olan şirkətlər hazırkı vəziyyətdən əziyyət çəkirlər. Artıq bir neçə aydır ki, bu şirkətlər istehsalı dayandırıblar. Sahibkarların fikrincə, rublun dəyəri qalxmasa, o zaman Ermənistanda zavodlar heç cürə işə düşə bilməyəcək”.
Milli.Az