Axşam.az-ın məlumatına görə, sənətçi bunu uzun müddət izləyicilərin qarşısına o cür geyimlərlə çıxmaması ilə əlaqələndirib:
“Bu fotosessiya haqda ailəmizdə də danışdıq. İnsanlar məni o cür görmək istəmirlər. Çünki mən səhnədə həmişə bağlı geyinmişəm. Çalışmışam, açıq-saçıqlıq olmasın. Yəqin, tamaşaçılar uzun fasilədən sonra bir anda o cür şəkillərlə qarşılarına çıxmağımı qəbul edə bilməyiblər. O fotosessiyanı peşəkar komanda ilə etdirmişəm. Mənə dedilər, siz sənətçisiniz, bu pozalar normaldır. Ancaq tamaşaçılar nə desələr, haqlıdırlar. Çünki bizi yüksəklərə qaldıran da, endirən də onlardır”.
Müğənni “Olmamalıydı” mahnısına klip çəkildiyini və onu yaxın günlərdə təqdim edəcəyini deyib:
“Mahnının sözləri və musiqisi Şəhrizada aiddir. Rejissor “Sənələr” klipimin müəllifi Gülşən Aybaba olacaq. Elə bu dəfə də həmin mahnıma çəkilən klipimin heyəti ilə çalışacam. İşlərini çox bəyəndim, hər şeyə peşəkar yanaşdılar”.
İ.İbrahimova artıq qalmaqalla gündəmə gəlməyin dəbdən düşdüyünü söyləyib:
“Heç kim qalmaqalla gündəmə gəlmək istəmir. Çünki bu metod köhnəlib, yeni nəsə lazımdır. İndi oxuyanlar çoxalıb, musiqi zövqləri dəyişib. Mən isə zəmanəyə ayaq uydurub zövqümü korlaya bilmərəm. Məni bəyənən 10 tamaşaçım varsa, həmin 10 nəfəri itirmək istəmərəm”.
Milli.Az