Daha incə bədən quruluşuna sahib olmaq üçün təbiətin möcuzələrindən istifadə edin.  Milli.Az publika.az-a istinadən bildirir ki, mütəxəssislər tərxun çayının qarın piylərini əritməkdə çox effektli olduğunu söyləyirlər.
 
Türkiyəli dietoloq Səlahəttin Dönməz qarın yağlarını əritmək üçün tərxun çayının möcüzəli xüsusiyyətlərindən istifadə etməyi tövsiyə edir. O: “Bu çay ilə artıq yağlardan xilas olmağınız mümkündür. Əlbəttə, yeməyinizə diqqət etmək və hərəkətsiz qalmamaq şərtilə istədiyiniz nəticəni daha tez əldə bilərsiniz”, - deyib.
 
Bu çay həm qarın yağlarını əridir, həm də yağlanmanın qarşısını alır. Dietoloq Səlahəttin Dönməzin resepti olan tərxun çayının hazırlaması son dərəcə bəsitdir.
 
Tərkibi:
 
1 ədəd limon qabığını rəndələyin
1 ovuc içi qədər təzə tərxun
1 ovuc içi qədər təzə adaçayı
1 çimdik quru cökə yarpaqları
1 çay qaşığı mixək
 
Hazırlanması:
 
Bütün bitkiləri çini, ya da şüşə bir çaydana tökün. Üzərinə 2 stəkan qaynanmış su əlavə edin. Çaydanın qapağını bağlayıb dəmə qoyun. Yeməkdən əvvəl bir fincan için. 
 
Bu çay şəkərsiz içilir.
 
Milli.Az