Kanadanın Nyufaundlend əyalətində suiti və nerpa ovu başlanıb. Ovçuların əsas hədəfləri suiti balalarıdır, çünki onların dəriləri "sukeçirməz və gözəl" sayılır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, son illərdə ABŞ və Avropa birliyi suiti balalarının dərilərinin alqı-satqısını yasaqladığından Nyufaundlenddə belə qanlı ovun miqyası bir qədər azalıb.
Amma vəhşilik hələ də davam edir.
Təqribi hesablamalara görə, hər ov mövsümündə təxminən 500 min suiti balası öldürülür.
Milli.Az
















