Bakı, 18 aprel, AZƏRTAC
“Günəşli” yatağındakı 8-ci özüldən 34 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks qazma işləri tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 3380-3365 metr intervaldan sutkalıq 150 min kubmetr qaz və 16 ton kondensat hasilatı ilə istismar fonduna qəbul edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quyu “28 May” adına neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.