AZƏRTAC ilə İsveçrə Teleqraf Agentliyi arasında əməkdaşlığın qurulması imkanları müzakirə edilib
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı İsveçrə Teleqraf Agentliyinin (İTA) baş redaktoru Bernard Maysen ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə İsveçrə Teleqraf Agentliyi arasında əməkdaşlıq əlaqələrinin qurulması imkanlarının araşdırılması ilə bağlı müzakirələrin aparılması olub.
Söhbət zamanı Bernard Maysenə son illər Azərbaycanda keçirilən irimiqyaslı beynəlxalq tədbirlər və onların işıqlandırılması istiqamətində AZƏRTAC-ın gördüyü işlər barədə məlumat verilib. AZƏRTAC-ın artıq dünyanın 40 ölkəsinin informasiya agentliyi ilə ikitərəfli müqavilələr əsasında əməkdaşlıq etdiyi, , nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunduğu diqqətə çatdırılıb. Gələn il AZƏRTAC-ın Dünya Xəbər Agentliklərinin V Konqresinə, eyni zamanda, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına ev sahibliyi edəcəyi vurğulanıb.
Görüşdə bu cür tərəfdaşlıq münasibətlərinin İTA ilə də qurulmasının qarşılıqlı maraqlara xidmət edəcəyi diqqətə çatdırılıb.
B.Maysen İTA-nın İsveçrənin əsas milli xəbər agentliyi olduğunu qeyd edib.
İTA-nın baş direktoru Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq miqyaslı tədbirlərdən xəbərdar olduqlarını, AZƏRTAC-ın nümayəndələri ilə müxtəlif beynəlxalq konqres və toplantılarda görüşdüyünü, gələn il Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak edəcəyini vurğulayıb.
B.Maysen AZƏRTAC ilə xəbərlərin mübadiləsi, jurnalistlərin təkmilləşməsi və məlumatların işlənməsi mexanizmləri barədə təcrübənin bölüşülməsi istiqamətində tərəfdaşlığa hazır olduqlarını qeyd edib. O, bu ilin oktyabr ayında İsveçrədə keçiriləcək parlament seçkiləri ərəfəsində AZƏRTAC-dan jurnalistlərin İTA-da bir həftəlik təcrübə keçməsinə şərait yarada biləcəklərini bildirib. Baş redaktor gələn həftə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Sofiyada keçiriləcək konfransı zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə görüşüb bu əməkdaşlıq məsələlərini müzakirə edə biləcəyini diqqətə çatdırıb.
Söhbət zamanı AZƏRTAC-ın belə tərəfdaşlıq münasibətləri qurulmasına açıq olduğu diqqətə çatdırılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51