“Rübailər” kitabının təqdimatı olub
Bakı, 17 aprel, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda orta əsr Şərq ədəbiyyatının görkəmli nümayəndəsi Ömər Xəyyamın Türkiyədə çap olunan “Rübailər” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabın “Ön söz”ü, farsca mətnin transliterasiyası, filoloji tərcümə və elmi redaktəsi filologiya elmləri doktoru Nəsib Göyüşova məsusdur. Kitabda Hüseyn Cavid, Mikayıl Müşfiq, Əkrəm Cəfər, Mir Mehdi Seyidzadə və başqalarının poetik tərcümələri yer alıb. Poetik tərcümələrin tərtibçisi Enar Hacıyev, nəşriyyat redaktoru Könül Mirzəyevadır.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov Ömər Xəyyam “Rübailər” kitabının qardaş ölkədə nəşrini yüksək dəyərləndirərək, müəlliflərə təşəkkürünü bildirib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, xalq şairi Zəlimxan Yaqub və digər çıxış edənlər Ömər Xəyyam kimi şairlərin əbədi olaraq ədəbiyyatda, sivilizasiyada qalacağını, zaman-zaman ona müraciət olunacağını bildiriblər.
Kitabda məşhur İran rəssamı Məhəmməd Təcvidinin Ömər Xəyyamın rübailərinə çəkdiyi miniatürlər, rəsmlər də yer alıb.
Sonda kitabın tərtibçisi, filologiya elmləri doktoru Nəsib Göyüşov çıxış edərək nəşrin araya-ərsəyə gəlməsində və təqdimatının keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10