Daşkəsəndə yeməkxanada yanğın baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Daşkəsən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 79 kv.m olan yeməkxananın taxtadan ibarət divar üzlüyü 4 kv.m sahədə yanıb.

Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır
Mənbə
ANS PRESS