"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, meyvə-tərəvəz idxalı 3 dəfəyədək artaraq 21,5 mln. dollar, buğda 69,0% artaraq 117,2 mln. dollar, bitki və heyvan mənşəli piylər və yağlar 12,29% azalaraq 20,2 mln. dollar, şəkər idxalı isə 45,09% azalaraq 24,5 mln. dollar təşkil edib.
Hesabat dövründə ət idxalı 10,12% artaraq 4,8 mln. dollara, süd 6,2% artaraq 1,7 mln. dollara, kərə yağı 48,4% artaraq 7,7 mln. dollara çatıb.
Qeyd edək ki, cari ilin birinci rübündə Azərbaycan 122 ölkə ilə 5,812 mlrd. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,61% azdır. Ticarət dövriyyəsinin 2,429 mlrd. dolları idxal, 3,384 mlrd. dolları ixrac əməliyyatlarının payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 37,07% azalıb, idxal isə 37,66% artıb. Bu müddətdə ölkəyə 4 576 çeşid mal idxal və 950 çeşid mal ixrac olunub.