Ümumdünya Əqli Mülkiyyət Təşkilatı: “İnternet musiqi üçün qlobal məkan yaradıb”
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müraciətində Frensis Qarri 2015-ci ildə – “Qalx, ayağa dur. Musiqi üçün” şüarı altında bu günün qeyd edildiyini bildirib.
“Musiqi ətrafımızda baş verən qeyri-adi inqilabın bir hissəsidir, elə inqilabın ki, yaradıcılıq işlərinin yaradılması, yayılması və istifadəsi metodlarını əsaslı olaraq dəyişdirir.
Rəqəmli texnologiyaya və İnternetə minnətdarlığımızı bildiririk ki, biz indi əvvəlkinə nisbətən musiqiyə daha çox əlçatımlığa nail olmuşuq. İnternet musiqi üçün qlobal məkan yaradıb. Bu, dünyanın bütün musiqisevərləri üçün çox müsbət haldır”, - deyə o qeyd edib.
F. Qarri bildirib ki, biz əmin olmalıyıq ki, yeni rəqəmsal iqtisadiyyat yaradıcılarını və ifaçıları nəzərdən qaçırmamışıq. O, bu yeni sistemlərdə onların əməyinə kifayət qədər dəyər verilməsinin çox mühüm məsələ olduğunu qeyd edib.
“Mədəniyyətin dinamik inkişafı üçün müəlliflərin, bəstəkarların, nəğməkar şairlərin və ifaçıların layiqli yaşamasını təmin etmək üçün yaratdıqları musiqili əsərlərin müqabilində gəlir götürmələri əsas məsələdir. Onlar olmasalar, bizim də musiqimiz olmaz.
Beynəlxalq Əqli Mülkiyyət Günü üçün mənim müraciətim budur – musiqini adi qəbul etməyin; onu dəyərləndirin. Bu gün “musiqi üçün qalxmaq, ayağa durmaq” günüdür - musiqiçilərimizə ədalətli münasibəti, onların yaradıcılıqlarının və həyatımıza verdikləri unikal töhfənin dəyərləndirilməsini təmin etməliyik”, - deyə Frensis Qarri ictimaiyyətə müraciət edib.
Aynur Vəliyeva
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51