Bakı. 17 aprel. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədov aprelin 19-25-də Yaponiyaya rəsmi səfər edəcək. "Report" Azərbaycanın Yaponiyadakı səfirliyinə istinadən xəbər verir ki, görüş zamanı O.Əsədovun Yaponiya imperatoru əlahəzrət Akixito, baş nazir Sindzo Abe, Yaponiya parlamentinin hər iki palatasının spikerləri Masaaki Yamadzaki və Nobutaka Maçimura, xarici işlər naziri Fumio Kisido, həmçinin Azərbaycan-Yaponiya parlamentlərarsı dostluq qrupunun nümayəndələri ilə görüşləri nəzərdə tutulub. 
Görüşlər zamanı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, o cümlədən parlamentlərarası münasibətlərin və qarşılıqlı maraq kəsb edən müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq.