Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

“Palmali” Şirkətlər Qrupu “Şövkət Ələkbərova” tankerini satmaq niyyətində deyil.

Trend-in məlumatına görə, bunu “Hürriyyet”ə açıqlamasında şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov bildirib.

M.Mənsimov bu tankerin satılacağı barədə bəzi KİV-lərdə yayılan məlumatları şərh edərkən qeyd edib ki, “Şövkət Ələkbərova” ən yeni tankerlərdən biridir və “Palmali” rəhbərliyinin onu satmaq fikri yoxdur.

2014-cü ildə istismara verilən “Şövkət Ələkbərova” tankerinin yükqaldırma potensialı 7 min tondur.

“Palmali”nin gəmi və tankerləri Aralıq dənizi, Xəzər dənizi və Qara dəniz hövzələrində, xüsusilə də “SOCAR” və Lukoyl” kimi neft şirkətlərinə aid yüklərin daşınması ilə məşğul olur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az