Norveçin şimalında, Bergen şəhərinin yaxınlığındakı dağların yamaclarında milyonlarla qurd var. Alimlər bu fenomenin səbəbini anlaya bilmirlər.
 
Milli.Az European-a istinadən bildirir ki, qurdlu qarı və ya qarlı qurdları ilk görən tanınmış norveçli bioloq Karşteyn Erstad olub.
 
O, Bergenin şimalındakı dağlardan birinə xizək sürməyə yollanmışdı və yamaclarda qaynaşan qurdları görəndə təəccüblənib.
 
Erstadın dediyinə görə, çox nadir təbiət hadisəsi yaşanıb: "Son dəfə 1920-ci ildə İsveçdə dağın yamaclarında qurdlar tapılmışdı. Yerli sakinlərin dediklərinə görə, göydən qurdlar yağıbmış. Bergen yaxınlığındakı qurdların bəziləri 1 metr dərinliyinjə, qarın içindədir".
 
Qurdlar Lindas və Suldal dağlarında tapılıb.
2011-ci ildə Şotlandiyanın Selkirkşir şəhərindəki "Galashiels" məktəbinin həyətinə qurdlar yağmışdı.
 
Milli.Az