Avtomobil almaq üçün bankdan kredit götürən, sonra həmin kredit qaytara bilməyən və yaşadıqları ev kredit borcuna görə müsadirə olunan ailə Ford Focus markalı avtomobildə yaşayırdı.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Uorrinqton şəhərində yaşayan Filipp və Viktoriya Şerlok ailəsi üç aydan bəri belə həyata məhkum olmuşdu.
Bağban işləyən və həftədə 400 funt-sterlinq maaş alan Filipp işsiz qalandan sonra onların yaşamı lap ağırlaşmışdı.
Marketdə satıcı işləyən Viktoriya daha çox çalışmaq məcburiyyətində qalmışdı.
Yerli media bu barədə yazmış, süjetlər göstərmişdi.
Mançester şəhərinin sakini, 42 yaşlı iş adamı Ceysen Ceykiv ərlə arvadın acınacaqlı yaşamından xəbər tutanda ailəyə yardım etmək qərarına gəlib.
Ceykiv işsiz Filippi şirkətinə işə götürüb.
"Filipplə bağlı xəbərlər yayılandan sonra çoxlarının ona nifrət bəslədiklərini gördüm. Filippi tənbəllikdə, yaramazlıqda suçlayırdılar. Halbuki başına gələn problemlərdə Filipp yeganə suçlu deyildi. Ona iş verdim, həyatını dəyişmək üçün şans təqdim etdim. İki həftədir şirkətimdə çalışır və əla işləyir", - Ceysen Ceykiv deyib.
Milli.Az





