Sumqayıtın rabitə şəbəkəsi modernləşdirilir
Bu haqda AZƏRTAC-a Sumqayıt Telekommunikasiya Qovşağının ( STQ ) rəisi Akif Əsgərov bildirib. Sözügedən layihəni Yaponiyanın “Fujikura” və Türkiyənin “Alkatel” şirkətləri reallaşdırırlar.
Layihənin tətbiqindən və səmərəli nəticələrindən danışan A.Əsgərov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İB-nin dəstəyi ilə rabitə şəbəkəsinin daha da modernləşdirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçiriləcəyini deyib.
Bildirilib ki, hazırda bütün qabaqcıl ölkələrdə yaşayış binalarının, biznes və ticarət mərkəzlərinin, müəssisə və təşkilatların şəbəkələri optik kabellərdən istifadə edilməklə GPON texnologiyası əsasında qurulur.
A. Əskərov qeyd edib ki, layihənin həyata keçirilməsi nəticəsində hər bir mənzilə çəkilən optik kabellə telefon rabitəsi ilə yanaşı, genişzolaqlı internet xidmətləri, IP TV və bütün multimedia xidmətlərinin göstərilməsi mümkündür.
Müştərilərin sürətli internet şəbəkəsinə, IPTV, VoD, video və interaktiv oyunlara, IP telefon və s. kimi multimedia xidmətlərinə yüksək sürətlə qoşulmalarına zəmanət verilir. Qeyd edək ki, stansiyalararası birləşdirici xətlərin optik kabellərlə əvəzlənməsi bütün strukturların ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə şərait yaradıb. Bundan başqa Sumqayıt TKQ-nin inzibati binası ən müasir tələblər səviyyəsində tamamilə yenidən qurulub. Hazırda Sumqayıt Telekommunikasiya Qovşağı tərəfindən 62 mindən çox abunəçiyə rabitə xidməti göstərilir. Yaxın vaxtlarda şəhərin Şirvan, Dəmir Yolu, Tuğ Zavod, Yaşıl dərə Novxanı bağları, Stansiya Sumqayıt qəsəbələrində ONU avadanlıqları qurulacaq. Bütün stansiyalar üzrə ADSL portlarının 20 min artırılması planlaşdırılır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56