ANS PRESS-in məlumatına görə, hadisə “Liverpool” – “Blackburn” komandaları arasında “FA” kuboku uğrunda keçirilən qarşılaşmada baş verib.
“Liverpool” azarkeşi Stiven Dodd fasilə vaxtı iki müsəlmanın stadionun dəhlizində namaz qıldığını görərək özündən çıxıb.
Onların şəklini çəkən Dodd, “Dünən keçirilən qarşılaşmada fasilə vaxtı namaz qılan müsılmanlar” – yazaraq sosial şəbəkədə “disgrace#” (biabırçılıq) heşteqi ilə paylaşıb.
Yerli müsəlmanlar bu barədə hüquq-mühafizə orqanlarına şikayət etsələr də polis burda cinayət əməli olmadığını bildirərək problemin həllini kluba həvalə edib.
Mənbə
ANS PRESS