Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın adını daşıyan parkda anım tədbiri keçirilib.

ANS PRESS-in mədlumatına görə, Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyinin təşəbbüsü ilə keçirilən tədbirdə SOCAR-ın Ukraynadakı nümayəndəliyi, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun əməkdaşları iştirak edib. Alimin büstü qarşısına gül dəstələri düzülüb.

Ukraynanın İrpen şəhərində Zərifə Əliyeva adına park 2005-ci ildə salınıb. 2010-cu ildə isə Dövlət Neft Şirkəti tərəfindən bərpa edilib.

Qeyd edək ki, aprelin 15-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anım günüdür.

1985-ci ilin bu bahar günündə dünyasını dəyişən, işıqlı amalların, nəcib duyğuların təcəssüm tapdığı bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi hər il anılır, xalqımızın qəlbində əbədi yaşayır.
Mənbə
ANS PRESS