Vyanada “İpək Yolu boyunca musiqi səyahəti” adlı konsert proqramı keçirilib
Vyana, 17 aprel, AZƏRTAC
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “İpək Yolu boyunca musiqi səyahəti” adlı konsert keçirilib.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan mədəniyyətini Avropa təmsil edən belə bir məkanda “İpək yolu”na həsr olunmuş tədbirin keçirilməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, qədimdən Azərbaycan Şərqlə Qərb, Avropa ilə Asiya arasında mühüm mövqe tutub və əsas ticarət yolları ölkəmizin ərazisindən keçib. Ona görə də Azərbaycan Mədəniyyət Mərkəzi qədim ticarət yolları üzərində yerləşən ölkələri əhatə edən musiqili layihəni ilk gündən dəstəkləyib. Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında duran vəzifələrdən biri də Azərbaycan mədəniyyətinin Avropada təbliği ilə yanaşı, eyni zamanda, digər ölkələrdən olan incəsənət xadimləri ilə birgə layihələrin həyata keçirilməsidir. Azərbaycan Mədəniyyət Mərkəzinin multikultural məkana çevrilməsi, bu yolla da mədəniyyətlərarası dialoqa töhfə verilməsi də mərkəzin əsas məqsədlərindəndir.
Opera müğənnisi Yekaterina Poteqo göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib və “İpək Yolu boyunca musiqi səyahəti” konsertində ifa ediləcək əsərlər barədə məlumat verib.
Sonra layihənin rejissoru Edit Baxköniq qədim “İpək yolu”nun keçdiyi ölkələr, tarixi inkişafı və “İpək Yolu boyunca musiqi səyahəti” layihəsinin yaranma ideyası, eləcə də gələcəkdə layihə çərçivəsində nəzərdə tutulan “3D” səhnə proyeksiyaları və animasiyaları barədə danışıb.
Konsertdə qədim “İpək Yolu” ticarət yolunun üzərində yerləşən ölkələrin ənənəvi musiqiləri müasir səhnə texnikasının köməyi ilə təqdim olunub. Çin, Monqolustan, Özbəkistan, Tacikistan, Azərbaycan, Türkiyə, Rusiya və bir sıra digər ölkələrin xalq və bəstəkar mahnıları məharətlə ifa olunub. Azərbaycan xalq və bəstəkar mahnıları, xüsusilə də pianoçu Səbinə Həsənovanın solo ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin” tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10