“Azərkosmos” “Bakı-2015”in rəsmi dəstəkçisi elan edilib
ANS PRESS-in məlumatına görə, “Bakı-2015”in rəsmi peyk xidmətləri təchizatçısı olan “Azərkosmos” ilk Avropa Oyunlarının 11-ci rəsmi dəstəkçisidir. Şirkət tədbirin ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına çatdırılmasında mühüm rol oynayacaq. Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edəcək Mingəçevirdən informasiyaları Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edəcək.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu barədə deyib: “Azərkosmos” Azərbaycanda böyük əhəmiyyəti olan və rəğbətlə qarşılanan şirkətdir. Bu əməkdaşlıq Avropa Oyunlarının 74 beynəlxalq yayım tərəfdaşımıza ötürülməsində çox önəmli yer tutacaq. Biz çox şadıq ki, “Azərkosmos” beynəlxalq idman aləmində böyük nüfuz qazanacaq Avropa Oyunlarının güclü tərəfdaş və dəstəkçilərinin sırasına qoşulur”.
“Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev isə bildirib: “İlk Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün tarixi hadisədir. Biz bu mötəbər tədbirin rəsmi dəstəkçisi olduğumuz üçün məmnunuq. “Azərkosmos” ən son texnologiyalardan istifadə etməklə cəmiyyətin inkişafına dəyər qatdığı üçün qürur hissi duyur və “Bakı-2015”ə hazırlıq prosesində öz yeniliklərini təqdim edir. Bizim vəzifələrimiz bir-birini mükəmməl şəkildə tamamlayır və birlikdə qalib komanda formalaşdıracağıq”.
“Azərkosmos” ASC “Azərsun Holding”, “Bazarstore”, “McDonald’s Azərbaycan”, “Milla”, “Motorola Solutions”, NAZ, “Nestle”, “Red Bull”, “Sitecore” və “Tickethour”dan sonra “Bakı-2015” Avropa Oyunlarının 11-ci rəsmi dəstəkçisi olub. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10