CCS Insight analitik şirkətinin yeni hesabatına əsasən, 2015-ci ildə dünyada 2,07 milyard mobil telefon (1.48 milyard smartfon və 4G şəbəkəsini dəstəkləyən təxminən 670 milyon aparat) tədarük ediləcək.
 
Ekspertlərin proqnozuna görə, 2019-cu ildə qlobal mobil telefon bazarının həcmi 2,35 milyarda və smartfonların tədarükü isə 2 milyarda çatacaq ki, bunun da 1,29 milyardını 4G modellər təşkil edəcək.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, inkişaf etməkdə olan ölkələrdə dinamik artım gözləyən ekspertlər xəbərdarlıq edirlər ki, inkişaf etmiş bazarlarda (xüsusilə Qərbi Avropa və Şimali Amerika) 2017-ci ildən sonra tələbatla əlaqədar smartfonların satış həcmi azalmağa başlayacaq.
 
Android və iOS mobil platformaları smartfon bazarında mütləq lider olaraq qalacaq. Analitiklərin proqnozuna görə, 2015-ci ildə hər iki platformanın birgə payı 95 faizi ötəcək.
 
Milli.Az