“Əl-İttihad”: Ehtiyacı olanlara yardım etmək Azərbaycan xalqının ən böyük dəyərlərindəndir
Bakı, 16 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin “Əl-İttihad” qəzetində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) haqqında məqalə dərc edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə deyilir ki, ehtiyacı olan insanlara yardım etmək Azərbaycan xalqının qədim zamanlardan ən böyük dəyərlərindən biridir. Azərbaycan iqtisadiyyatının sürətli və stabil inkişafı imkan verir ki, inkişaf etməkdə olan ölkələrdə baş verən təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması və əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan xalqı tərəfindən bu ölkələrə yardım edilsin. 2011-ci ildə yaradılmış Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi də bu məqsədə xidmət edir”.
Məqalədə qeyd olunur ki, yoxsulluğun aradan qaldırılması, səhiyyə, təhsil sahələrinin inkişafı, xəstəliklər və aclıqla mübarizədə dünya ölkələrinə dəstək olmaq Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İslam Əməkdaşlıq Təşkilatı, İslam İnkişaf Bankı və digər donor təşkilatları və agentlikləri ilə əməkdaşlıq edən AIDA-nın dünyəvi missiyasıdır. Fəaliyyətdə olduğu dövr ərzində AIDA-nın göstərdiyi yardımlardan Asiya, Afrika və Latın Amerikasında 30-dan çox ölkə faydalanıb.
Məqalədə Agentliyin həyata keçirdiyi proqramlar sırasında Panamada baş vermiş aramsız yağışların və Kubada Sandi qasırğasının törətdiyi fəsadların aradan qaldırılması, Qəzzə bölgəsində həyata keçirilmiş hərbi əməliyyatlar nəticəsində yaranmış ağır vəziyyətlə əlaqədar Fələstin xalqına humanitar yardım göstərilməsi, İordaniyada məskunlaşmış suriyalı qaçqınların həyat şəraitinin yaxşılaşdırılması, Pakistanın 10 şəhərində daşqından zərər çəkmiş 25000 əhaliyə humanitar yardım göstərilməsi, İslam Əməkdaşlıq Təşkilatına üzv olan 9 Afrika ölkəsində (Burkina Faso, Çad, Cibuti, Benin, Qvineya, Kamerun, Niger, Mali və Liviyada) həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası, Əfqanıstanda elektron hökumət sisteminin qurulmasına yardım göstərilməsi və xarici tələbələrə Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd proqramı xüsusi vurğulanıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10