[ 16 Aprel 2015 21:41 ]
Bakı-APA. Aralıq dənizində qayığın batması nəticəsində azı 41 nəfər ölüb.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında bildirilir.
Ölənlərin hamısının İtaliyaya gedən qeyri-leqal miqrantların olduğu bildirilir.
Məlumata görə, qəza nəticəsində cəmi 4 nəfər xilas olunub. Onlar Siciliya limanına aparılıb.