Avropa Oyunları zamanı xüsusi yoxlamalar olacaq
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bnu barədə aprelin 16-da Daxili İşlər Nazirliyində "Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi»nin və "I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər»in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, Bakı şəhərində 290 nöqtədə videomüşahidə kameralarının quraşdırılması üzrə işlərin 65%-i artıq tamamlanıb. Hazırda «Təhlükəsiz Şəhər» sisteminin respublika üzrə (Metropoliten də nəzərə alınmaqla) 2039 nöqtədə 8085, o cümlədən paytaxtda 1356 nöqtədə 4224 kamerası quraşdırılıb.
Bildirilib ki, Avropa Oyunlarına hazırlığın mühüm komponentlərindən olan yol hərəkəti təhlükəsizliyinin təşkili ilə əlaqədar 2014-cü ildə və cari ilin ötən dövründə 798 ədədi günəş enerjisi ilə qidalanan olmaqla 2377 yeni yol nişanı qoyulub və ya yenisi ilə əvəzlənib, 25 təkrarlanan işıqfor obyekti quraşdırılıb, küçə və yollarda 224 min paqonmetr cizgiləmə işləri aparılıb.
Həmçinin vurğulanıb ki, ictimai asayişin qorunmasında iştirak edəcək bayır xidməti əməkdaşlarının peşə hazırlığının və vətəndaşlarla ünsiyyət səviyyəsinin yüksəldilməsi məsələlərinə də böyük önəm verilərək lazımi tədbirlər davam etdirilib. Belə ki, daxili işlər orqanlarında xidmətə qəbul zamanı xarici dil bilən namizədlərə üstünlük verilib, habelə «Polis əməkdaşının davranış qaydaları» adlı metodik vəsait hazırlanaraq öyrənilməsi üçün bütün orqan və hissələrə göndərilib, Çevik Polis Alayının və paytaxtın orqan və hissələrinin bayır xidmətinin ümumilikdə 1000 əməkdaşı üçün ingilis dili kursları təşkil edilib.
Diqqətə çatdırılıb ki, Əməliyyat Komitəsi tərəfindən mütəmadi olaraq işçi qrupun iclasları keçirilir, yaranmış problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10