Bakı, 16 aprel, AZƏRTAC
ABŞ-ın Mari Xant adlı qadın sakini orta məktəbi bitirdiyi barədə diplomu 103 yaşında alıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Mari Xant 90 il bundan əvvəl bacı və qardaşlarına baxmaq üçün məktəbi tərk etmək məcburiyyətində qalıb. Viskonsin ştatının sakini 103 yaşlı Mari Xant hər zaman təhsilini başa vurmaq arzusu ilə yaşadığını və bu arzusuna az qala bir əsr sonra çatdığını deyib.
Sevincini gizlətməyən qadın bundan sonra kollecə qəbul olmaq barədə fikirləşdiyini də bildirib.